ÜST riskli ölkələri meymunçiçəyi ilə bağlı vaksinasiyaya çağırıb

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

Marqaret Harris deyib ki, meymunçiçəyinin “Klad-1” növü çox sürətlə yayılır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi (mpox) virusu ilə əlaqədar epidemiya riski yüksək olan ölkələrə – Konqo, Burundi, Keniya, Ruanda və Uqandaya tədbirlər görülməsi ilə bağlı çağırış edib.

Tövsiyələr arasında fövqəladə hallarda tədbirlərin əlaqələndirilməsi, birgə müşahidə və laboratoriya diaqnostikası, xəstələrə tibbi yardımın genişləndirilməsi, transsərhəd əməkdaşlığın gücləndirilməsi, peyvənd, risk kommunikasiyası, maliyyələşmənin genişləndirilməsi və s kimi məsələrələr dayanır.

ÜST sözçüsü Marqaret Harris bildirib ki, meymunçiçəyinin “Klad-1” növü çox sürətlə yayılır.

Bununla belə, hələ ki, ciddi təhlükə riski yoxdur.

Avqustun 14-də Afrika İttifaqının Səhiyyə Xidməti meymunçiçəyi virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.

Avqustun 15-də ÜST meymunçiçəyi virusunun yayılmasını “fövqəladə hal” adlandırıb.

ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb.

Ana səhifəSağlıqÜST riskli ölkələri meymunçiçəyi ilə bağlı vaksinasiyaya çağırıb