Təşkilat pandemiyanın başa çatdığını açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 pandemiyasının sona çatdığını elan edib.
Bu barədə təşkilatın baş direktoru Tedros Qebreyesus brifinqdə bildirib.
ÜST rəhbəri vurğulayıb ki, bu xəbərə görə ölkələr sayıqlığını itirməməli və son üç il ərzində hazırlanmış qaydaları ləğv etməlidir.
“Dünyada koronavirusla bağlı vəziyyət pisləşərsə, ÜST qərarına yenidən baxa bilər. Növbəti üç il ərzində Fövqəladə Hallar Komitəsinin ekspertləri dünyada koronavirusla bağlı vəziyyəti izləyəcək və ölkələr üçün uzunmüddətli tövsiyələr hazırlayacaqlar”, – Qebreyesus deyib.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə mayın 4-nə kimi bu virusa 831 min insanın yoluxduğunun təsdiqləndiyi, onlardan 10 min 250 nəfərinin vəfat etdiyi bildirilir.