ÜST eksperti: Fərqli peyvəndlərin qarışdırılması təhlükəli tendensiyadır

“Dünya dörd milyon COVID-19 ölümünün “faciəvi mərhələsini” keçir”.

Foto: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)


Ekspert tam dozada vaksinlənmiş insanları üçüncü dozanı vurdurmağa tələsməməyə çağırıb

Son zamanlar dünyada peyvəndlərin qarışdırılaraq vurulması gündəmə gəlib. Çoxu bunun daha effektli olduğunu düşünür və bu cür peyvənd olunanlar var.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş eksperti Soumya Svaminathan (Soumya Swaminathan) fərqli istehsalçıların COVID-19 peyvəndlərini qarışdıraraq vurmağı "təhlükəli tendensiya"

adlandırıb

.

“Vaksinlərin təsiri barədə elmi informasiyalar natamamdır. Müxtəlif vaksinlərin insan orqanizminə təsiri barədə informasiyalar hələ ki, tam toplanmayıb və təhlil edilməyib. Bu baxımdan birinci dozanı bir, ikinci dozanı isə digər vaksindən vurdurmaq gələcəkdə hansı təsirləri göstərəcək məlum deyil”.

Soumya Svaminathan deyib ki, bundan sonra dünyada hansı vaksindən əvvəl, hansından isə sonra istifadə edilməsi barədə qərarların çıxarılması xaos yarada bilər.

Eyni zamanda, Dünya Səhiyyə Təşkilatının rəhbərliyi dünyada koronavirusun Delta ştammının sürətlə yayıldığı bir zamanda tam dozada vaksinlənmiş insanları üçüncü dozanı vurdurmağa tələsməməyə çağırıb.

“Dünya dörd milyon COVID-19 ölümünün "faciəvi mərhələsini" keçir”.

Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus iyulun 8-də verdiyi

açıqlama

da belə demişdi.

Hazırda dünyanın bu pandemiyada təhlükəli bir nöqtədə olduğunu söyləyən baş direktor dünyada peyvəndləmə prosesinin qeyri-bərabər şəkildə aparıldığından narahat olduğunu bildirmişdi:

“Hazırda dünyada virusun tezyayılan bir neçə versiyası var və sürətlə yayılır. Peyvəndlənmə prosesi isə şokedici bir bərabərsizlik şəklində aparılır. Ona görə də bəzi ölkələrdə yoluxma sayı və xəstəxanaya yatanlarda artım müşahidə olunur. İqtisadi dirçəlməyə yönəlmiş bərabər olmayan peyvənd istehsalı və paylaşdırılması səbəbindən virus növləri peyvəndlər üzərində qələbə çalır”.

2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan COVİD-19 virusunun indiyədək dünyada 4 milyondan çox şəxsin ölümünə səbəb olduğu bildirilir.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan edib. Azərbaycanda isə indiyədək ümumilikdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802-i sağalıb, 4 min 987-i vəfat edib, aktiv xəstə sayı 1 min 534-yə yüksəlib. Ən son açıqlanan statistikada bildirilir ki, son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb.

Ana səhifəDünyaÜST eksperti: Fərqli peyvəndlərin qarışdırılması təhlükəli tendensiyadır