Unun qiyməti bahalaşıb

Foto: Porawat Suepchaktip\shutterstock

Azərbaycanda un bazarında son günlər qiymət artımı müşahidə olunur.

Bakıda topdansatış nöqtələrində 50 kiloqramlıq un kisəsinin qiyməti hazırda 30 manata satılır. Bu, əvvəlki qiymətlərlə müqayisədə təxminən 1 manat bahadır. Daha əvvəl eyni markalı unun kisəsi 29 manata təklif edilirdi.

Qiymət artımı ilə bağlı rəsmi qurumlar indiyədək açıqlama verməyiblər.

Eyni zamanda, paytaxtda bəzi çörək növlərinin də bahalaşdığı bildirilir. Şəhər sakinlərinin sözlərinə görə, ayrı-ayrı çörəklərin qiymətində 10–15 qəpik artım var. Bununla belə, rəsmi qurumlar bu məlumatları təsdiqləməyiblər.

Məsələ ilə bağlı danışan müstəqil ekspertlər qeyd edirlər ki, Azərbaycan yüksək keyfiyyətli buğda ilə öz tələbatını tam ödəyə bilmir. Onların fikrincə, idxaldan asılılıq bazarda qiymətlərin sərbəst şəkildə dəyişdirilməsinə şərait yaradır.

Ana səhifəİqtisadiyyatUnun qiyməti bahalaşıb