Qoşqar Təhməzli: “Tələbələr qidadan zəhərlənməyib”
“Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Hadisə
noyabrın 21-də
baş verib.
BDU-nun 2 nömrəli yataqxanasında 3 tələbə zəhərlənib. Tələbələrdən biri, 1999-cu il təvəllüdlü Şəkər Xamətova ölüb. Digər iki tələbə noyabrın 27-də xəstəxanadan evə buraxılıblar.
Qoşqar Təhməzli tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işinin başlanıldığını və istintaq aparıldığını söyləyib.
Ancaq o, suallara konkret cavab verməyib, yalnız qida zəhərlənməsi barədə deyilənləri təkzib edib:
“Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”, – Qoşqar Təhməzli deyib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.