”Ukraynanın Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkəsinə qayıdıb. “Biz buraya Poroşenkonu müdafiə etməyə yığışmamışıq. Biz Ukraynanı müdafiə etməyə gəlmişik”, – o, Kiyev aeroportuna yığışmış tərəfdarlarına deyib. “Biz Ukraynanın güclü olduğunu, Rusiya Prezidenti Vladimir Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”, – dekabrdan bəri ölkədə olmayan Poroşenko vurğulayıb. Keçmiş prezidentin tərəfdarlarından bəziləri “Bizə demokratiya lazımdır”, “Repressiyaları dayandırın” şüarları yazılmış plakatlar qaldırıblar.

Ana səhifəVideo”Ukraynanın Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”