Ukraynalı: “Özü azad olmayan xalq necə kimisə azad edə bilər?!”

Ukrayada doğulub uşaqlığından Bakıda yaşayan Valentin Belousov deyir ki, müharibə onun ailəsindəki münasibətlərə də təsir edib. Onun anası ukraynalı, atası rus əsillidir.
“Ata tərəfimiz Rusiyada yaşayır. Onlar Rusiya vətəndaşıdırlar ona görə də bizim ailəni bu münaqişə iki hissəyə ayırıb. Mən bu münaqişəni çox yaxın hiss edirəm. Çünki bu, bizim ailəmizə təsir göstərir, bizim əlaqələrimizə təsir göstərir”.
O deyir ki, müharibədə Ukraynanı dəstəkləyir və Rusiyanı işğalçı sayır: “Bunlar deyirlər, biz Ukrayna xalqını azad etmək istəyirik. Amma özü azad olmayan xalq necə kimisə azad edə bilər?! Onlar deyirlər, biz öz vətəndaşlarımızı xilas etmək istəyirik. Amma Rusiya münaqişəni başlamazdan əvvəl heç bir problem yox idi. Heç kim heç kimi öldürməyib”.
O deyir ki, Rusiya hökuməti Zelenskini ciddi qəbul etmir, onu “komediyaçı” adlandırır, amma gülməli olan Putindir:
“Mən fəxr edirəm ki, bizim Zelenski kimi prezidentimiz var. Hamı deyir ki, Zelenski komediyaçıdır… Zelenski komediyaçı olsun, amma gülməli o deyil, Putin gülməlidir. Çünki öz kompleklərini kompensasiya eləmək istəyir. Şərq liderləri gülməlidir, çünki onlar birliyə gələ bilmirlər. Bəzi hallarda onlar gülməli qərarlar qəbul edirlər. Hamısı gülməlidir, amma Zelenski özünü kişi kimi göstərib. O, heç yerə qaçmayıb. Bu çətin dövrdə o öz ölkəsini normal idarə edir”.
O, sonuncu dəfə 2009-cu ildə Ukraynada olub. İndi bilmir ki, növbəti dəfə ora gedə biləcək, yoxsa yox. Orada nəsə qalacaqmı, yoxsa yox.
“Putini elə-belə saxlamaq mümkün deyil. İnanıram ki, o, axıra kimi gedəcək. Ukraynanı hətta işğal etsələr, mən inanmıram ki, Ukrayna xalqı kiməsə özünü idarə etmək hüququ versin. Çünki Ukrayna xalqı azadlığı sevən xalqdır. Onlar hətta işğal altında öz savaşlarını davam etdirəcəklər”.

Ana səhifəVideoUkraynalı: “Özü azad olmayan xalq necə kimisə azad edə bilər?!”