Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqi keçirilib. Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var. Etirazçılar Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırmasına qarşıdırlar.
Yerli müxalifət liderlərinin dediyinə görə, meydana toplaşanlar 100 mindən çoxdur. Polis isə mitinqin keçirildiyi meydanda 3 min adamın toplaşdığını deyir Hakimiyyət nümayəndələri Ukraynanın “UDAR” müxalifət partiyasının lideri Vitali Klitschkonun mitinqə vaxtında qoşulmasına maneə yaradılıb. Bu barədə partiyanın rəsmi saytında məlumat yer alıb.
Bildirilir ki, yerli aeroport V.Klitschko Kiyevə qayıtdığı təyyarəni qəbul etməkdən imtina edib. Klitschko Avpova siyasətçiləri ilə görüşlərdən qayıdırmış. Partiyanın yaydığı məlumata görə, partiya liderinin olduğu təyyarə başqa şəhərdə yerə enməli olub və Klitschko hazırda aksiyaya qatılmaq üçün avtomobillə yol gəlir.
Hazırda Kiev, Livov şəhərləri olmaq üzərə mitinqlər davam edir.
Kiyev rəhbərliyinin xahişi ilə yerli məhkəmə noyabrın 22-dən yanvarın 7-ə qədər kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.
Azadlıq Radiosu