Səfir Aleksandr Mişenko: “Kommunistlər isə ilk dəfə parlamentə daxil ola bilməyib”
Noyabrın 5-də Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko İnterfaks-Azərbaycan agentliyinin ofisində Ukraynadakı duruma dair mətbuat konfransı keçirib.
Aleksandr Mişenko ölkəsində keçirilən parlament seçkilərini şəffaf, legitim, ədalətli keçdiyini vurğulayaraq bildirib ki, parlamentə nə ifrat sağ, nə də ifrat solçular daxil olub. Rusiyapərəst Regionlar partiyası cəmi 10 faiz səs toplayıb, kommunistlər isə ilk dəfə parlamentə daxil ola bilməyib.
“Ukraynada avrointeqrasiya kursuna sadiq partiyalar qalib gəliblər və Ukrayna xalqı Avropa dəyərləri ətrafında birləşib”, – deyə Mişenko seçkilərin nəticələrinə münasibət ifadə edib.
Daha sonra Ukraynanın Şərqində baş verən hadisələr təhlil edilib. Rusiya Ukraynanın şərqində gərginliyi artırmaqda ittiham edilib. Rusiyanın seçkilərin nəticəsini tanıyacağı vədi versə də əslində bu nəticələri tanmadığına diqqət çəkilib. Rusiyanın seçkilərin nəticəsini tanımamasına səbəb kimi seçkilərin Rusiyanın istədiyi ssenari üzrə getməməsi göstərilib. Bundan sonra Ukraynanın şərqində Rusiyanın seprataçı və terrorçuları dəstəkləməsi prosesinin gücləndiyi qeyd olunub. Luqansk və Donetskdə seprataçıların seçki keçirərək özlərini Luqansk və Donetsk Xalq Respublikası adlandırmalarının terrorçu mahiyyətlərini dəyişmədiyi söylənilib. Rusiyanın birbaşa dəstəyilə Ukraynada yaradılan separatçı “LXR və DXR”i piləmək üçün Azərbaycana da müraciət edilib. Səfir neçə 10 illərdir ki, seprataizmdən əziyyət çəkən və bunun nə olduğunu bilən Azərbaycanın Ukraynaya dəstək verəcəyini ifadə edib.
Rusiyanın Ukraynanın şərqinə hərbi qüvvələr cəmləməsi pislənilib. Nə qədər gizlətmək və inkar etmək istəsə də bu qüvvələrin Rusiyaya aid olmasının danlmaz olduğu deyilib. Separatçıların əllərində olan raket qurğularının, ağır artilleriay və tankların Rusiyadan verildiyi qeyd edilib. Dünya ictimaiyyətinin buna görə Rusiyanı qınaq hədəfinə döndərməsi xatırladılıb. Ukraynanın şərqində başlanan döyüş əməliyyatları nəticəsində 4000 nəfərdən çox əsgərin həlak olduğu deyilib. Rusiyadan Ukraynaya humanitar yardım adı altında daxil olan maşın karvanlarının geri dönəndə rus əsgərlərinin meyitlərini daşıdığı iddia edilib. Kremlin bu faktları rus xalqından gizlətdiyi nəzərə çatdırılıb və bir gün xalq nifrətinin Kremlə tuşlanacağı iddia olunub.
Krımın işğalı və Ukraynanın şərqindəki hərbi əməliyyatlar nəticəsində ölkədə 440 mindən çox insanın məcburi köçkünə döndüyü qeyd olunub. Bu problemi həll etmək üçün Ukraynaın Azərbaycan təcrübəsinə isnad edəcəyi yada salınıb. Bu məqsədlə səfir bu yaxınlarda Azərbaycan qaçqınlar komitəsinin sədri Əli Həsənovla fikir mübadiləsi apardığını açıqlayıb (Turan İA).