Ukrayna qoşunlarını Soledardan çəkdiyini təsdiqləyib

Kiyev bu addımı hərbi personalın həyatını qorumaq üçün atdığını deyib

Ukrayna yanvarın 25-də qoşunlarının Ukraynanın şərqindəki Soledardan geri çəkildiyini açıqlayıb.

Ukrayna xəbəri Rusiya qoşunlarının kiçik duz mədəni şəhərini ələ keçirdiklərini deməsindən təxminən iki həftə sonra təsdiqləyib.

“Suspilne” dövlət televiziyası hərbi sözçüsü Serhiy Çerevatyi deyib ki, hərbi personalın həyatını qorumaq üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib.

Onun mövqeyi Rusiya qüvvələrinin Donetsk vilayətində olan Soledarı ələ keçirdiyinə dair Ukraynanın ilk təsdiqi idi.

“(Bizim qüvvələrimiz) öz əsas vəzifəsini yerinə yetirdi. Düşmənin Donetsk istiqamətində sistemli şəkildə soxulmasına imkan vermədi”, – Çerevatyi deyib.

Onun sözlərinə görə, Ukraynanın Soledardakı müdafiə xətti 11 ay əvvəl Ukraynanı işğal edən Rusiya qüvvələrinin onun arxa xətlərinə keçməsinin qarşısını alıb.

Çerevatyi deyib ki, şiddətli döyüşlər zamanı Ukrayna qüvvələri Soledarda heç vaxt mühasirəyə alınmayıb və heç bir ukraynalı hərbi əsir götürülməyib.

Müharibədən əvvəl 10.000 əhalisi olan Soledar, yanvarın əvvəlində bir neçə həftə ərzində Rusiyanın hücumlarının mərkəzinə çevrilib.

Həftələrdir şəhərə nəzarət uğrunda şiddətli döyüşlər gedir.

Ana səhifəDünyaUkrayna qoşunlarını Soledardan çəkdiyini təsdiqləyib