Ukrayna Maksim Qalkini “qara siyahı”ya saldı

Foto: Ann.az

Rusiyalı yumorist təhlükəsizliyi təhdid edən şəxs elan edilib

Ukrayna rusiyalı aktyor, yumorist-parodist Maksim Qalkini “qara siyahı”ya salıb.

Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Təhlükəsizlik Xidmətinin məlumatında Qalkin ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şəxs kimi göstərilib.

Bu haqda məlumatı “RİA Novosti” yayıb.

Hazırda Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısında 259 nəfər var. 2021-ci ilin iyununda bu rəqəm 200 idi.

Rusiyalı sənətçilər Aleq Qazmanov, Valeriya, Sergey Penkin, Aleksandr Rozenbaum və Yuliya Çiçerina da “qara siyahı”dadır.

Ukrayna hökuməti rusiyalı müğənni Filipp Kirkorova da bu ilin iyulunda qadağa qoymuşdu. Səbəb kimi müğənninin Krımın Rusiyaya birləşdirilməsi fikrini dəfələrlə səsləndirməsi göstərilmişdi.

Üzərindən qısa bir müddət keçəndən sonra ifaçının adı “qara siyahı”dan çıxarılmışdı.

Ukrayna Mədəniyyət Nazirliyi 2015-ci ilin avqustundan etibarən “milli təhlükəsizliyə təhlükə yaradan” sənətçilərin siyahısını mütəmadi olaraq təqdim edir və yeniləyir.

2019-cu il noyabrın 15-də Bakıda Heydər Əliyev Mərkəzində Maksim Qalkinin yaradıcılıq axşamı keçirilib.

Tədbirə qatılanlar arasında Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva da olub.

Ana səhifəMədəniyyətUkrayna Maksim Qalkini “qara siyahı”ya saldı