Ukrayna ombudsmeninin sözlərinə görə, bu mövzu beynəlxalq səviyyədə prioritet olaraq qalır
Ukrayna Rusiya ərazisində və müvəqqəti işğal olunmuş Ukrayna torpaqlarında qanunsuz saxlanılan 1247 uşağı geri qaytarmağa nail olub. Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets məlumat verib.
“Ukrayna Prezidentinin “Bring Kids Back UA” proqramı çərçivəsində indiyədək biz birgə səylərlə… 1247 ukraynalı uşağı geri qaytarmağa nail olmuşuq. Əminəm ki, bu rəqəm yaxın gələcəkdə artacaq”, – deyə ombudsmen bildirib.
Ombudsmanın sözlərinə görə, bu, həm Rusiya Federasiyasından, həm də işğal olunmuş ərazilərdən qaytarılan yetkinlik yaşına çatmayan uşaqların ümumi sayıdır. O vurğulayıb k, Ukrayna Rusiyadan rəsmi reaksiya almamasına rəğmən, bundan sonra da effektiv mexanizmlərdən istifadə edəcək.
Lubinets həmçinin qeyd edib ki, Amerika administrasiyasının nümayəndələri ilə ilk təmaslar zamanı Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların geri qaytarılması məsələsi qaldırılıb. Onun sözlərinə görə, bu mövzu beynəlxalq səviyyədə prioritet olaraq qalır.
Bu ilin yanvar ayının əvvəlinə deportasiya olunmuş minə yaxın uşağın öz ailələrinə qaytarılığı məlum olub.
Rusiya Qətər vasitəsilə 5 uşağı ailələrinə qaytarılması Ukraynaya göndərib. Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak öz növbəsində qeyd edib ki, geri qayıdanlar arasında yenicə yetkinlik yaşına çatmış üç ukraynalı gənc də var.