Uilyam Berns: “Rusiya-Ukrayna müharibəsinin növbəti 6 ayı kritik olacaq”

Uilyam Berns. Foto: Teleqram

Putinin danışıqlara ciddi yanaşdığını düşünmürük”

“Rusiya-Ukrayna müharibəsinin növbəti 6 ayı kritik olacaq”.

Bu açıqlamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns səsləndirib.

Onun sözlərinə görə, Putin Qərbin marağının azalması və siyasi yorğunluğunun onun ordusuna döyüş meydanında uğur qazanmaq üçün yeni şans verə biləcəyini düşünür:

“Düşünürük ki, hər şey qarşıdakı 6 ayda döyüş meydanında həll olunacaq”.

“Qərb Putinə bildirməlidir ki, o, nəinki Ukraynada daha da irəliləyə bilməyəcək, həm də hər ay Ukraynadan indiyədək qanunsuz olaraq götürdüyü əraziləri itirmək riski ilə üzləşir”, – Berns belə deyib.

MKİ direktoru əlavə edib ki, Rusiya hələ də danışıqlarda maraqlı deyil: “Biz Putinin danışıqlara ciddi yanaşdığını düşünmürük, baxmayaraq ki, bu barədə bəzən məlumatlar eşidirsiniz”.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaUilyam Berns: “Rusiya-Ukrayna müharibəsinin növbəti 6 ayı kritik olacaq”