Üç fərqli şirkət bir bina tikir?

Sabunçu rayonu, Nazim İsmayılov küçəsində yerləşən bina sakinlərin hamısı ilə razılaşdırılmamış sökülə bilər. Burada yaşayan bəzi sakinlər eyni şəxslərin 3 fərqli şirkət – “Olympus Park”, “Almond Park”, “Qafqaz Construction” adı ilə onları köçürməyə gəldiyini deyir.

Məhəllədə “Almond Park” şirkətinin ofisi gözə dəyir. Şirkət saytında Zeytunluq layihəsi adı ilə Nazim İsmayılov 13-15 ünvanındakı mənzilləri satışa təklif edir. Şirkət Nazirlər Kabinetinin qərarı ilə Pilot layihə” formatında Sabunçuda qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yenilərinin tikilməsini hədəfləyir.

Bakıxanov qəsəbəsi icra nümayəndəsinin müavini Rahim Budaqov deyib ki, sakinlərlə razılaşdırılmamış söküntü aparıla bilməz.

İkimərtəbəli bina isə hasarlarla çevrələnib. 30 ildir burada yaşayan bina sakinləri güvənmədikləri şirkətin onlara binanın yerində kvadratın 20 faiz artırılması ilə mənzil təklif etdiyini deyir.

“Almond Park” şirkətinin nümayəndəsi məsələ ilə bağlı suallarımızı cavablandırmaq istəmədi.

Ana səhifəVideoÜç fərqli şirkət bir bina tikir?