Küçə təmizləyənlər arasında mühasiblər, iqtisadçılar və mühəndislər də var
Türkmənistan hökuməti ixtisarlara davam edir. İşdən çıxarılanlara alternativ iş kimi küçə süpürmək kimi işlər təklif edilir, – “Türkmənistan Xronika” xəbər verir.
Küçə süpürmək kimi işləri qəbul edənlər arasında mühasiblər, iqtisadçılar və mühəndislər də var.
Ötən il ərzində çıxan hesabatlar göstərir ki, xalqı möhkəm nəzarət altında olan bu Mərkəzi Asiya ölkəsindəhökumətin maliyyələşdirilməsi ictimai qurumların və təşkilatların işçi qüvvələrinin azaldılmasına, qalan işçilərin isə ödənişsiz məzuniyyətə göndərilməsinə səbəb olub. Fevralın ortalarında, “Asgabatgurlusyg” tikinti şirkətinin bir dövlət müəssisəsini tərkibindən çıxıb digərinin nəzarəti altına keçməsi yüzlərlə küçə təmizləyicisi və ofis işçisinin işdən azad edilməsinə səbəb olmuşdu.
Müşahidəçilər qeyd edirlər ki, ödənişsiz məzuniyyət sayının çoxalması böhran vəziyyətində olan Aşqabadda işçizlik sayının artmasına gətirib çıxarıb.
İlk olaraq, digər bölgələrdən gələn və paytaxtda müvəqqəti qeydiyyatdan keçən şəxslərə işdən azad olunma barədə məlumat verilib. Bunların çoxu qadınlardır. Yataqxanalarda yaşayanlar köçürüldükdən sonra onların paytaxtdakı qeydiyyatı ləğv edilib.
Vəzifələrindən kənarlaşdırılan bir çox ofis işçisinə küçə təmizliyi işləri təklif edilib. Çoxu bunu qəbul edib.
Büdcənin kiçik olması, neftin qiymətinin aşağı düşməsi və uğurlu qaz ixracı siyasətinin olmaması iqtisadi böhrana səbəb olub. Gəlirləri hidro-karbon ehtiyatlardan asılı olan Türkmənistanda büdcənin qeyri-real tükədilməsi isə bu böhranı daha da dərinləşdirir.
Daha əvvəl bildirilirdi ki, Türkmənistanda Elmlər Akademiyasının heyətinin üçdə biri işdən çıxarılacaq və eyni zamanda bununla Təhsil Nazirliyinin strukturlarının xərcləri optimallaşdırılacaq. Bu da kadr azalmasına gətirib çıxaracaq.
Nazirliklər, şöbələr, vilayətlərin və Aşqabad şəhərinin işçilərinin sayı Türkmənistan Prezidentinin aktları ilə təsdiqlənir.