Türkiyəli müğənninin səhnədə öldüyü bildirilir

Metin Arolat. Foto: Metin Arolatın şəxsi səhifəsindən

Mətin Arolatın qəfil öldüyü deyilir

Türkiyəli müğənni Metin Arolatın səhnədə konsert verərəkdən öldüyü bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, Kozyatağında səhnədə mahnı oxuyarkən sənətçinin qəfil halı pisləşib.

Ürək masajı edilən ifaçı ambulansla xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Müğənninin meneceri Halil Yıldırım Arolatın ürək tutmasından vəfat etdiyini bildirib.

Metin Arolat musiqi karyerası dövründə “Ayrılık Olmaz” (1995), “Yine Bir Başıma” (1998), “Kabul Et” (2005), “Lütfen Yaz Gelsin” (2010), “Çok Daha Ötesi” (2010), “Karavan” (2014) albomlarını buraxıb.

Ana səhifəMədəniyyətTürkiyəli müğənninin səhnədə öldüyü bildirilir