Türkiyədə zəlzələ: Ölən və yaralananlar var

Elağızda 14, Malatyada 6 nəfərin öldüyü bildirilir

Source: Meydan tv


Elağızda 10, Malatyada 5 nəfərin öldüyü bildirilir

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda 6,8 bal gücündə zəlzələ olub. Yanvarın 24-də gecə saatlarında baş verən zəlzələdə 15 nəfərin həyatını itirdiyi bildirilir. “BBC türkcə”nin məlumatına görə, zəlzələ Adıyaman, Malatya, Diyarbakır ve Tunceli kimi yaxın şəhərlərdə də hiss edilib. Fövqəladə Halların İdarə olunması Nazirliyi (Afet ve Acil Durum Yönetimi Başkanlığı (AFAD)) yazılı açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, Elazığda 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Malatyada isə 5 nəfər həyatını itirib, 45 nəfər yaralanıb.

Elazığ valisi Çetin Oktay Kaldırım da ikisi ağır olmaqla 225 nəfərin yaralandığını söyləyib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 4 bina uçub, uçqun altında qalanlar var. Dağıntının altından 6 nəfər çıxarılıb.

Ana səhifəDünyaTürkiyədə zəlzələ: Ölən və yaralananlar var