Türkiyə XİN: Qətnamə Türkiyə-ABŞ münasibətlərinə zərbədir

Türkiyə XİN-in bəyanatında deyilir ki, tarixi öz siyasi məqsədləri üçün istifadə edənlər istəklərinə nail ola bilməyəcəklər.

Source: Foto: arxiv


Səfir: Senatın qətnaməsini nəzərə almalıyıq

“ABŞ Senatının “erməni soyqırımının” tanınması barədə qətnamənin hüquqi əsası yoxdur və sənəd Türkiyə-ABŞ münasibətlərinin inkişafına vurulan zərbədir”.

Bu barədə

Türkiyə Xarici İşlər Nazirliyi

nin bəyanatında deyilir.

ABŞ Senatı qətnaməni dekabrın 12-də yekdilliklə qəbul edib. Sənəd bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmişdi.

Türkiyə XİN-in bəyanatında deyilir ki, tarixi öz siyasi məqsədləri üçün istifadə edənlər istəklərinə nail ola bilməyəcəklər.

“Türkiyə regionda öz maraqlarını bundan sonra da müdafiə edəcək”, – Türkiyə XİN-in bəyanatında deyilir.


Azadlıq Radiosu

nun məlumatına görə, qətnaməni səsverməyə demokrat Bob Menendez və respublikaçı Ted Kruz çıxarıblar.

“Beləliklə, Birləşmiş Ştatların tarixində “erməni soyqırımı” ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu. Bir sıra təhlilçilərin fikrincə sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub. NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir. Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib”, – radionun xəbərində deyilir.

91XMH2R.jpg
Örl Litzenberqer

ABŞ-ın Azərbaycandakı səfiri

Örl Litzenberqer

qətnamənin Administrasiyanın mövqeyini əks etdirmədiyini deyib. Bununla belə APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Senat öz fikirlərini tam, dəqiq şəkildə ifadə edib və bu, o deməkdir ki, artıq biz bunu nəzərə almalıyıq.

“ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, – deyə ABŞ səfiri qeyd edib.

Ana səhifəSiyasətTürkiyə XİN: Qətnamə Türkiyə-ABŞ münasibətlərinə zərbədir