Türkiyə XİN: Krımdakı Duma seçkilərini tanımırıq, ora Ukrayna ərazisidir

“Bu mövqe ikitərəfli əlaqələrin inkişafına xeyir verməyən nəticələrə gətirib çıxaracaq”.

Source: Specify Source


Mariya Zaxarova: "Bu, Rusiya-Türkiyə əlaqələrinə xeyir mənfi təsir edəcək”

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Krımın qanunlara zidd olan ilhaqını tanımır”.

Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiçin Krımda gerçəkləşən seçimlər barədə jurnalistlərin sualına belə cavab

verib

.

Sentyabrın 17-si və 19-u aralığında Rusiya Dumasına seçki keçirilib.

Seçki prosesinə Krım da cəlb edilib.

Tanju Bilgiç bildirib ki, seçkinin Krım bölgəsi üzrə nəticələrinin Türkiyə üçün hüquqi gerçəkliyi yoxdur.

“Türkiyənin Krımdakı seçkilərin nəticələrini tanımaqdan imtina etməsi Rusiya-Türkiyə əlaqələrinə xeyir mənfi təsir edəcək”, – bunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

deyib

.

e3e834aafe2fa22856559e57013ae658.png
Mariya Zaxarova

O bildirib ki, bu cür açıqlamaları gözardı etmək olmaz: “Əgər Moskvadan müvafiq qınaqları, xatırlatmaları və tənqidləri eşitməkdən bezmirlərsə, deməli, səbrlidirlər. Bu mövqe ikitərəfli əlaqələrin inkişafına xeyir verməyən nəticələrə gətirib çıxaracaq”.

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib.

Ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Ukraynanın Ali Radası 2014-cü ilin 20 fevralını rəsmən Krım və Sevastopolun Rusiya tərəfindən müvəqqəti işğalının başlanğıcı elan edib.

Ana səhifəDünyaTürkiyə XİN: Krımdakı Duma seçkilərini tanımırıq, ora Ukrayna ərazisidir