Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddəti uzadıla bilər

Sazişdə nəzərdə tutulub ki, hər iki tərəfin vətəndaşları ölkəyə giriş tarixindən etibarən vizasız maksimum 90 gün qala bilər.


Milli Məclisin komitəsi məsələni müzakirə edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 20-də keçirilən iclasında Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız maksimum qalma müddətinin artırılması müzakirə edilib.

Bu barədə qanunverici orqanın mətbuat xidməti

məlumat

yayıb.

Müzakirəyə çıxarılan 7 məsələ sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş olub.

Sazişdə nəzərdə tutulub ki, hər iki tərəfin vətəndaşları ölkəyə giriş tarixindən etibarən vizasız maksimum 90 gün qala bilər. Hazırda bu müddət 30 gündür. Sazişdə qeyd olunub ki, pasportun etibarlılıq müddəti ən azı 6 ay olmalıdır.

Komitə üzvləri sazişin təsdiq edilməsi barədə qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Ana səhifəSiyasətTürkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddəti uzadıla bilər