Türkiyə Şərqi Aralıq dənizində yenidən kəşfiyyata başlayıb

Avropa Komissiyası Avropa Birliyi üzvləri Yunanıstan və Kipr ilə tam həmrəy olduğunu bildirərək, Şərqi Aralıq dənizi mübahisəsi üzərində tərəfləri dialoqa çağırıb.

Source: Specify Source


Türkiyə və Yunanıstan Aralıq dənizinin şərqindəki karbohidrogen ehtiyatlarına görə gərginlik yaşayır

Türkiyə avqustun sonuna qədər Aralıq dənizinin şərqindəki yeni ərazilərdə seysmik kəşfiyyat və qazma lisenziyalarını verəcək və bölgədəki fəaliyyətlərini davam etdirəcək, – Xarici işlər naziri Mevlüt Çavuşoğlu çərşənbə axşamı deyib.

“Reuters” xəbər verir ki, NATO müttəfiqləri Türkiyə və Yunanıstan Aralıq dənizinin şərqindəki karbohidrogen ehtiyatlarına görə gərginlik yaşayır. Türkiyə “Oruc Reis” gəmisini bazar ertəsi günü seysmik tədqiqat aparmaq üçün mübahisəli əraziyə göndərib. Yunanıstan bu addımı qanunsuz adlandırıb.

Keçən ay bənzər mübahisə Almaniya kansleri Angela Merkelin müdaxiləsindən sonra aradan qaldırılsa da, bu, Ankaranın əməliyyatları dayandırmasına səbəb olmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü Yunanıstanın Misirlə dəniz müqaviləsi bağlamasından sonra Türkiyənin qazma və kəşfiyyat işlərinə davam edəcəyini demişdi.

Ankarada mətbuat konfransında çıxış edən Çavuşoğlu Türkiyənin qitə qərb sərhədləri yaxınlığında əməliyyatlar üçün yeni lisenziyalar hazırlayacağını və ərazidə “hər növ seysmik və qazma işlərini” davam etdirəcəyini deyib.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendias Avropa Birliyinin Xarici İşlər Şurasını təcili iclas keçirməyə çağırıb.

Avropa Komissiyası Avropa Birliyi üzvləri Yunanıstan və Kipr ilə tam həmrəy olduğunu bildirərək, Şərqi Aralıq dənizi mübahisəsi üzərində tərəfləri dialoqa çağırıb.

Ana səhifəDünyaTürkiyə Şərqi Aralıq dənizində yenidən kəşfiyyata başlayıb