Türkiyə bələdiyyə seçimlərində: İstanbulu CHP əldə edib

İstanbulda keçirilən mətbuat konfransında danışan Ərdoğan bələdiyyə seçkilərində partiyasının məğlubiyyətini etiraf edib və qeyd edib ki, o , bundan sonra iqtisadi islahatlara diqqətini daha da artıracaq

Source: Foto: http://www.hurriyet.com.tr/

Müxalifət namizədləri böyük şəhərlərdə üstünlük qazandı

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) yenərək İstanbulda, ölkənin ən böyük şəhərində və iqtisadi mərkəzində, səsçoxluğunu əldə edib. Türkiyə Seçki Komissiyasının (YSK) rəhbəri bazarertəsi günü deyib, – BBC Türkcə xəbər verir.

Paytaxt Ankarada 31 martda keçirilən seçkilərin nəticələriylə bağlı jurnalistlərə məlumat verən YSK sədri Sadi Güvən deyib ki, CHP namizədi Əkrəm İmamoğlu 4,159,650 səslə hakim AKP-nin namizədi Binali Yıldırım üzərində qələbə çalıb. Yıldırım 4,131,761 səs toplaya bilib.

“İndiyə qədər 31.102 seçki qutusunun nəticələri sistemimizdə müəyyənləşib. 84 qutunun nəticələri isə etirazlara görə tamamlanmayıb”, – Güvən əlavə edib.

Dövlət xəbər agentliyi “Anadolu” az öncə nəticələri açıqlayıb. “Anadolu” Agentliyinin məlumatlarına görə, İmamoğlu İstanbul bələdiyyə başqanı seçimində liderliyi yüzdə 48,8 faizlə ələ alıb. Yıldırımın səs faizi 48,5-dir

İstanbullu CHP millət vəkili Sezgin Tanrıkulu deyib ki, partiyası günortadan sonra qalibiyyətini elan edəcək.

"Biz İstanbulda təxminən 28 min səs ilə seçkini qazandıq. Seçki sandıqları ilə bağlı şikayətlər var, qanuni olaraq partiya etirazların bitməsini gözləyir ki, qalibiyyəti qeyd edə bilsin,"- deyib. Tanrıkulu “Əl-Cəzirə”yə deyib ki, hökumət nəticələrə hörmət etməlidir.

Sadi Güvənin açıqlamasına qədər həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-si, həm də CHP İstanbul bələdiyyə başqanı seçkilərini qazandıqlarını söyləmişdi.

Yıldırım bazar ertəsi günü erkən saatlarda iddia etmişdi ki, o, seçkiləri 4 min səslə qazanıb. İmamoğlu isə Yıldırım üzərində təxminən 28 min səslə üstünlük qazandığını söyləmişdi.

AKP-nin İstanbulda rəsmi şəkildə məğlubiyyəti o deməkdir ki, Türkiyənin ən böyük üç şəhərində bələdiyyə başqanları ana müxalifət partiyasından olacaq.

Ankarada qeyri-rəsmi nəticələr göstərir ki, CHP-nin namizədi Mansur Yavaş 99 faiz hesablanmış səsdən yüzdə 50,9 səs toplayaraq qalib gəlib. Ondan sonrakı yerdə 47,2 faizlə AKP namizədi Mehmet Ozhaseki gəlir.

Üçüncü ən böyük şəhərdə, İzmirdə, CHP namizədi Mustafa Tunç Soyer yüzdə 58 faizlə liderlik edir. Ərdoğanın blokuna aid namizəd Nihat Zeybekçi isə yüzdə 38,5 faizlə ikinci sıradadır. İndiyə qədər səslərin 99.9 faizi hesablanıb.

Seçkilərin nəticələri yüksək inflyasiya, artan işsizlik və ən önəmli Türkiyə lirəsinin düşdüyü böhranla birlikdə Ərdoğan hakimiyyətini daha da çətinliyə salıb.

İstanbulda keçirilən mətbuat konfransında danışan Ərdoğan bələdiyyə seçkilərində partiyasının məğlubiyyətini etiraf edib və qeyd edib ki, o , bundan sonra iqtisadi islahatlara diqqətini daha da artıracaq.

Ötən il Türkiyənin ilk icraedici prezidenti olaraq seçilmiş Ərdoğan, növbəti seçkilərin 2023-cü ilin iyun ayında keçiriləcəyini deyib və əlavə edib ki, Türkiyə azad bazar qaydalarından imtina etməyərək, "güclü iqtisadi proqram" həyata keçirəcək.

Ana səhifəDünyaTürkiyə bələdiyyə seçimlərində: İstanbulu CHP əldə edib