Səfərlər koronavirusa görə təxirə salınır
Azərbaycan və Türkiyə arasında hava və quru yolu ilə qarşılıqlı səfərlər dayandırılır.
“
President.az
” saytının yaydığı məlumata görə, martın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu razılığa gəliblər. Telefonla danışan ölkə başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə hər iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Razılığa əsasən, Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılır.
Fevralın 29-da Azərbaycanın İran İslam Respublikası ilə sərhədləri müvəqqəti bağlanıb. Eyni zamanda, Azərbaycanın Gürcüstanla və Qazaxıstanla sərhədləri martın 13-dən 10 günlük qapadılıb.