ABŞ Liviyada həm atəşkəs əldə edilməsində, həm də siyasi danışıqlarda fəal rol oynamalıdır, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cümə axşamı bildirib.
“Reuters” xəbər verir ki, Çavuşoğlunun bu bəyannaməsi Liviyanın müharibə edən tərəflərin BMT-nin atəşkəs rejiminə dair danışıqları yenidən bərpa etiyi bir zamanda edilib.
Türkiyə Liviya savaşında beynəlxalq ictimaiyyətin tanıdığı Fayez Serrajın Tripolidəki qüvvələrini dəstəkləyir. Bu qüvvələr keçən həftələrdə Xəlifə Haftarın Liviya Milli Ordusu (LNA) tərəfindən Tripoli üzərində 14 aydır davam edən hücumunu dəf edib. Xəlifə Həftarın qüvvələri Rusiya, Misir və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir.
Vaşinqton Həftarın hücumuna qarşı olduğunu söyləsə də, o, dəstəyini Sərrajın qüvvələrindən yana da istifadə etməyib.
NATO müttəfiqi olan ABŞ-ın iştirakının ittifaqın maraqlarını qorumaq üçün vacib olduğunu söyləyən Çavuşoğlu Türkiyə və ABŞ rəsmilərinin mümkün addımları müzakirə edəcəklərini söyləyib. Bazar ertəsi günü Türkiyə Prezidenti Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Liviya məsələsini telefonda müzakirə etdiyi qeyd edilir.
“Nədənsə Birləşmiş Ştatlar Liviyada o qədər də fəal deyil, bəlkə də keçmiş travmalara görə“,- Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
“ABŞ həm atəşkəs əldə edilməsində, həm də siyasi prosesdə daha fəal rol oynamalıdır”.
Çərşənbə günü ABŞ-ın dövlət katibi Mayk Pompeo Liviyanın müharibə edən tərəfləri arasında BMT-nin apardığı danışıqların bərpa olunmasını alqışlayıb.