Türkiyə ABŞ-dən “Qazprombank”a sanksiyaları yumşaltmağı istəyir

“Qazprom” şirkəti. Foto: Maksim Konstantinov/shutterstock

Blinkenlə görüşdə bu məsələnin qaldırıldığı bildirilir

“Hürriyet” yazır ki, rəsmi Türkiyə Ankarada ABŞ dövlət katibi Entoni Blinkenin başçılıq etdiyi Amerika nümayəndə heyəti ilə danışıqlar zamanı Rusiyanın “Qazprombank”ına qarşı sanksiyaların yumşaldılması məsələsini qaldırıb.

Məlumata görə, Türkiyə “Qazprombank” vasitəsilə əməliyyatlar aparmağa imkan verəcək sanksiyalar siyahısından çıxarılmaq üçün lazımi müraciətləri təqdim edib.

Amerika tərəfi müraciətlərdən xəbərdar olduğunu və “məsələyə baxdığını” bildirib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Qazprombank”a qarşı sanksiyalarla bağlı qərarın onlara də təsir etdiyini izah edib.

Daha öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalar tətbiq etmək qərarını tənqid edib.

Onun sözlərinə görə, ölkəyə qaz idxalının 40%-i “Qazprom”dan asılıdır.

ABŞ Maliyyə Nazirliyi 2024-cü il noyabrın 21-də “Qazprombank”, “BKS Bank”, “Centrocredit Bank” və digər kredit təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, Rusiya hərbi texnika almaq və ölkə orduya ödənişləri köçürmək üçün “Qazprombank”dan istifadə edir.

Kremlin sözçüsü Dmitri Peskov ertəsi gün deyib ki, ABŞ-nin “Qazprombank”a qarşı sanksiyaları Avropaya qaz tədarükünün qarşısını almaq cəhdi sayıla bilər.

Dekabrın 5-də Prezident Vladimir Putin Rusiya qazı üçün ödənişləri yalnız bir konkret banka (“Qazprombank”a) bağlayan müddəanı ləğv edən fərman imzalayıb.

Dekabrın əvvəlində “Bloomberg” yazıb ki, Avropa İttifaqı Rusiya qazının tədarükünün saxlanmasında əsas rol oynayan “Qazprombank”a qarşı sanksiyaları yumşaltmaq yollarını tapmaq üçün ABŞ-yə təzyiq göstərir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, bəzi Avropa hökumətləri və şirkətləri məhdudiyyətlərin regiona tədarük üçün risk yaradacağı xəbərdarlığından sonra Aİ və ABŞ sanksiyaların yumşaldılması variantlarını və əhatə dairəsini müzakirə etməyə başlayıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib, yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəXəbərlərTürkiyə ABŞ-dən “Qazprombank”a sanksiyaları yumşaltmağı istəyir