Onlardan 260 nəfəri həbs edilib
Türkiyədə Əkrəm İmamoğlunun həbsi ilə başlayan etiraz aksiyalarında saxlanılanların sayı açıqlanıb.
Martın 19-dan bu günə kimi keçirilən aksiyalarda 1879 nəfər saxlanılıb.
Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində açıqlayıb.
Nazirin yazdığına görə, saxlanılanların 260 nəfəri həbs edilib, 468 nəfəri məhkəmə nəzarətinə verilib, 662 nəfər barəsində isə araşdırmalar davam edir. 489 nəfər isə sərbəst buraxılıb.
Martın 19-da İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra ölkədə siyasi gərginlik artırıb. Bu addım etirazlara səbəb olub. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb. İstanbulda izdiham təhlükəsizlik əməkdaşlarına fişəng, başqa əşyalar atıb.
Bir sıra Avropa ölkələri İstanbulda baş verənlərdən narahatlıq bildirib.