ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əlinin oğlu, 44 yaşlı Məhəmməd Əlinin ABŞ-ın Mayami ştatının hava limanında saxlanılaraq iki saat dini inancı ilə bağlı sorğu-sual edildiyi ortaya çıxıb.
“Miami New Times” nəşrinin məlumatına görə, ailənin vəkili Kris Mançini, Məhəmməd Əli Jr-un anası ilə birlikdə Yamaykadan qayıdarkən saxlanıldığını deyir.
Xəbərə görə, gömrük məmurlarının suallarını cavablandıran ana Xalilah Kamaço-Əli həyat yoldaşı ilə çəkilmiş şəkli göstərərək gömrükdən keçib. Amma həmin gömrük məmuru Amerika vətəndaşı olan və heç bir cinayət qeydiyyatı olmayan boksçunun oğluna bir neçə dəfə “müsəlmansan”, “adını kim qoyub”deyə suallar verib, daha sonra onu kiçik bir otağa aparıb. Orada da Məhəmməd Əlinin eyni suallarla qarşı-qarşıya qaldığını deyən ailənin vəkili, Trampın yeni, müsəlman ölkələrinin vətəndaşlarına qarşı miqrasiya qadağasını təhqir adlandırıb.
Vəkil, iki saatdan sonra boksçunun oğlunun ölkəyə girişinə icazə verildiyini deyir.
ABŞ prezidenti Donald Trampın, yanvarın 27-də əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan 7 ölkəyə 3 ay viza qadağası gətirən qərarı federal bir hakim tərəfindən dayandırılıb. Amma buna baxmayaraq son günlər bir sıra hava limanlarında müsəlman sərnişinlər onlara qarşı tətbiq olunan uzun gömrük prosedrlarından şikayət edirlər.