Trampın antiimmiqrasiya sərəncamı ukraynalı qaçqınlara da şamil olundu

Foto: Meydan TV

Sərəncamdan sonra ABŞ Ukrayna qaçqınları üçün dəstək proqramını dayandırıb

Amerika Birləşmiş Ştatlarının Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) “Uniting for Ukraine” proqramı çərçivəsində ukraynalılardan sığınacaq üçün müraciətlərin qəbulunu dayandırıb.

Bu, ABŞ Prezidenti Donald Trampın immiqrasiya əleyhinə fərmanı ilə bağlıdır.

Bu barədə USCIS-in saytında bildirilir.

Qeyd olunur ki, Trampın “Sərhədlərimizin mühafizəsi haqqında” Fərmanına əsasən, ABŞ-də qalmaq üçün artıq verilmiş ərizələr yoxlanılana qədər ukraynalı qaçqınlar üçün sığınacaq və maliyyə yardımı üçün müraciətlərin qəbulu dayandırılır.

“Uniting for Ukraine” Ukrayna vətəndaşları üçün humanitar müdafiə proqramıdır və bu proqram çərçivəsində onlar ABŞ-də iki il müddətinə sığınacaq ala bilərlər.

Bundan əlavə, bu proqram iki il müddətinə ABŞ-də işləmək, təhsil almaq, tibbi sığortaya sahib olmaq və digər hüquqlar təmin edirdi.

ABŞ Prezidenti Donald Tramp Amerikadan bütün xarici yardımların ayrılmasını 90 gün müddətinə dayandırmaq qərarına gəlib.

Yardım proqramlarının əvvəlcə Trampın siyasətlərinə uyğunluğu yoxlanılacaq.

Bununla belə, Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib ki, bu fərman Ukraynaya hərbi yardımın dayandırılmasını nəzərdə tutmur.

Ukrayna Prezidenti Vladimir Zelenski də bildirib ki, Ukrayna hərbi yardımı almaqda davam edir.

Amma Birləşmiş Ştatlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya dəstəyi dayandırıb.

Bu agentlik sosial layihələri və iqtisadi inkişafı dəstəkləyir.

Ana səhifəXəbərlərTrampın antiimmiqrasiya sərəncamı ukraynalı qaçqınlara da şamil olundu