ABŞ Prezidenti Donald Tramp İlham Əliyevə təbrik məktubu göndərərək, Müstəqillik Günü münasibətilə onu və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edib.
Tramp məktubunda 30 ildən artıqdır ki “əhəmiyyətli dərəcədə inkişaf edən” diplomatik münasibətlərdən bəhs edərək, ikitərəfli prioritetlərin, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın, iqtisadi münasibətlərin və enerji inkişafı üzrə tərəfdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
“ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq”, – Tramp yazır.
Bu gün Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü qeyd olunur.