“Twitter” şirkətinin rəhbərliyi: “Bu, gələcəkdə internet azadlığına təhlükədir”
ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən icraedici sərəncam imzalayıb.
Prezident bəyan edib ki, “Twitter” kimi sosial şəbəkələr neytral platforma olduqlarını iddia edərək, indiyə qədər hər hansı bir məsuliyyətdən azad olublar.
“İcraedici sərəncam qanunun sahə üzrə etika maddəsilə nəzarəti təmin edəcək. Senzura tətbiq edən və siyasi hərəkətlər edən sosial şəbəkələrin məsuliyyətə cəlbedilmə qarşısında müdafiəsi olmayacaq”, – Donald Tramp deyib.
O bildirib ki, indiyə qədər sosial şəbəkələr istədiklərini edə bilirdilər. Prezident Federal Komissiyaya həmin saytların qadağaya əməl etmələrini və ya çaşdırıcı fəaliyyətinə nəzarət etməyi tapşırıb.
“Twitter” şirkətinin rəhbərliyi Donald Trampın imzaladığı sərəncamı siyasiləşdirilmiş və reaksion adlandırıb.
“Qanunun sahə üzrə etika maddəsi amerikanlıların innovasiya, söz azadlığı hüquqlarını qoruyur və demokratik prinsiplərə əsaslanıb. Bunun birtərəfli qaydada pozulmasına cəhd gələcəkdə internet azadlığına təhlükədir”, – bəyanatda deyilir.