Tovuzda erməni diversantı saxlanılıb

“Ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib”

Source:


“Ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib”

Azərbaycanın Müdafiə Nazirliyi cəbhə xəttində tutulan erməni ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 7-də saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə Azərbaycan əsgərləri tərəfindən tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Ana səhifəXəbərlərTovuzda erməni diversantı saxlanılıb