Tokayev: “Təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri vermişəm”

Mənbə: Telegram: NextaLive

Qazaxıstan Prezidenti Vladimir Putinə “xüsusi təşəkkür” edib

Qazaxıstanın təhlükəsizlik qüvvələrinə növbəti iğtişaşlar olacağı təqdirdə xəbərdarlıq etmədən atəş açmaq əmri verilib.

Yanvarın 7-də Qazaxıstan dövlət televiziyası vasitəsilə xalqa müraciət edən prezident Kasım-Jomart Tokayev belə deyib.

Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb.

Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. İlkin səbəb maye qazın qiymətinin qaldırılması olub.

Sonradan etirazların çərçivəsi genişlənib, ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımları da ön plana çəkilib.

Prezident Kasım-Jomart Tokayev düşünür ki, ölkəsindəki kütləvi etirazları xarici qüvvələr alovlandırıb.
O, çıxışında bu hadisələri törədən “20 min quldur”u məhv edəcəyini söyləyib.

Prezident düşünür ki, bunu edənlər xaricdə təlim keçmiş “terrorçu” dəstələrdir.

Bu səbəbdən yanvarın 6-da prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
Onları ölkəsindəki vəziyyətə müdaxilə etməyə çağırıb.

Telegram: NextaLive

Tokayev televiziya müraciətində iğtişaşları yatırmaq üçün qoşun göndərdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə “xüsusi təşəkkür” edib.

O bəyan edib ki, son günlərdə baş verən misli görünməmiş iğtişaşlardan sonra konstitusiya quruluşu “əsasən bərpa olunub”.

“Terrorçular mülkə ziyan vurur, sadə insanlara qarşı silahdan istifadə edir. Mən artıq hüquq-mühafizə orqanlarına xəbərdarlıq etmədən öldürmək üçün atəş açmaq əmri vermişəm” – Tokayev bu həftə xalqa üçüncü televiziya müraciətində belə deyib.

Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 7-də verdiyi açıqlamada etirazlar zamanı 26 silahlı cinayətkarın öldürüldüyünü, 18-nin yaralandığını bildirib.

Qazaxıstanın “Xəbər24” dövlət telekanalının Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, etiraz edənlərdən 3 min nəfər saxlanılıb.

Telegram: NextaLive

Eyni zamanda, ölkə üzrə təhlükəsizlik gücləndirilib, 70 nəzarət-buraxılış məntəqəsi gecə-gündüz fəaliyyət göstərir.

Qazaxıstan hökuməti yanvarın 6-da isə 18 təhlükəsizlik əməkdaşının öldürüldüyünü açıqlayıb.
Onlardan birinin başı kəsilərək, amansızlıqla qətlə yetirildiyini bildirib.

Hazırda Qazaxıstanda olan jurnalist Bruce Pannier DW-yə bildirib ki, öldürülənlərin rəqəmləri hökumətin verdiyi rəqəmlərdən çox ola bilər və hazırda ölkə daxilində “antiterror əməliyyatları” keçirilir.

“Cənubun digər şəhərlərində, Çimkənddə, həmçinin Qızılorda vilayətində “antiterror əməliyyatları” adı verdikləri əməliyyatlar gedir. Bir sözlə, hökumət təhlükəsizlik əməliyyatlarını genişləndirir. Məndə olan məlumata görə, bölgələrdə ölüm halları var. Bunlar yalnız bizim bildiyimizdir”, – deyə Tokayev qeyd edib.
Rusiyanın “İnterfaks” xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib ki, hərbi birləşmələr “gecə-gündüz” Qazaxıstana uçur və çərşənbə günü etirazçılar tərəfindən ələ keçirilən Almatı hava limanına nəzarət edir.

Qazaxıstan hökuməti isə bildirir ki, təşkilatın qüvvələri ölkəyə gəlsələr də, “yarıqlıların məhv edilməsində” iştirak etməyiblər.

Rəsmi Moskva isə açıqlamasında bu həftə təşkilatın qüvvələrinin sayının 2500 nəfər olacağını bildirib.
Yerləşdirmə Tokayevin yardım üçün müraciətindən sonra baş verib.

Kontingent Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrindən ibarətdir.

Bu arada, TASS xəbər agentliyi yerli mətbuata istinadən bəzi hava limanlarının tədricən saat 15:00-da yenidən fəaliyyətə başlayacağını bildirib.

Telegram: NextaLive

Amerika Birləşmiş Ştatları Qazaxıstandakı hadisələrin təsirsiz ötüşmədiyini və ölkənin konstitusiya təsisatlarına hərtərəfli dəstək verdiyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı mətbuata bildirib ki, “Birləşmiş Ştatlar və açığını desəm, dünya Qazaxıstanı izləyir. Hər hansı insan haqları ilə bağlı pozuntuya yol verilərsə, bilinəcək”.
Prays tərəfindən verilən ayrıca bəyanatda o, ABŞ-ın “Qazaxıstanın konstitusiya institutlarına və media azadlığına tam dəstəyini verdiyini və böhranın sülh yolu ilə, hüquqlara hörmətlə həllini müdafiə etdiyini” söyləyib.

Yanvarın 5-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib.

Baş nazirin vəzifəsi onun birinci müavini Alixan Smailova həvalə edilib.

Nazirlər Kabinetinin hazırki üzvləri yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər.

Prezidentin fərmanına əsasən, yanvarın 19-dək Almatı, Manqistau regionları və Janaozendə fövqəladə vəziyyət elan edilib.

Ana səhifəDünyaTokayev: “Təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri vermişəm”