Tofiq Yaqublu: “Milli Şura aprelin 2-də mitinq keçirməyəcək”

Source: Meydan.TV

“Razılaşdırılmamış aksiya keçirməyəcəyimizi söyləmişdik”

Demokratik Qüvvələrin Milli Şurası aprelin 2-də mitinq keçirməyəcək.

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu Meydan TV-yə danışıb.

T.Yaqublu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətinə rədd cavabı verdiyindən xəbərdardır.

“Biz onsuz da əvvəlcədən razılaşdırılmamış aksiya keçirməyəcəyimizi söyləmişdik. Amma martın 31-də Milli Şuranın növbəti toplantısında icra hakimiyyətinin cavab məktubu müzakirə olunub qiymət veriləcək”, – deyə o bildirib.

Milli Şura martın 24-də paytaxt rəhbərliyinə aksiya keçirməklə bağlı müraciət etmişdi.

Müraciətdə aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş “Məhsul” stadionunda, metronun “Nərimanov” stansiyası yanındakı parkda və “Ukrayna” dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması qeyd olunmuşdu.

Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Milli Şura aprelin 2-də mitinq keçirməyəcək”