Tofiq Hüseynli də Müsavatdan getdi

“Nə etmək olar, bu da bir qismətdir”

Source:


“Nə etmək olar, bu da bir qismətdir”

Müsavat Partiyasının üzvü Tofiq Hüseynli (Qara Tofiq) partiya sıralarını tərk edib.

Məlumatı aznews.az-a T.Hüseynli özü məlumat verib:

“Partiyadan istefa verdim. Nə etmək olar, bu da bir qismətdir. Belə yazılıbmış”,-deyə Tofiq Hüseynli bildirib.

Xatırladaq ki, T.Hüseynli həm də Müsavat Partiyası Tovuz rayon təşkilatının üzvü idi. Oktyabrın 15-də partiyanın Tovuz rayon Təşkilatı tam heyətlə istefaya gedib.

Ana səhifəXəbərlərTofiq Hüseynli də Müsavatdan getdi