Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan sürücülər haqları olan ödənişi ala bilmədiklərini deyib, dövlətdən onlara sahib çıxmasını tələb edirlər. Sürücülərin əsas problemi logistik şirkətlərlə aralarındakı vasitəçilərdir.

Özlərinə dispetçer deyən bu şəxslər “WhatsApp” qruplarında yük daşınmaları üçün təkliflər verirlər, lakin bu təkliflər çox vaxt daşınma xərcindən xeyli aşağı olur. Yükdaşıma zamanı idxalçılarla yük daşıyıcları arasında logistik şirkətlər fəaliyyət göstərir. Bu şirkətlər tərəflər arasında əlaqələndirici şəxslər olaraq çatdırılma qiymətlərini müəyyən edir.

Sürücülər deyir ki, son illərdə logistik şirkətlərlə yük daşıyıcıları arasında da əlaqələndirici şəxslər – dispetçerlər peyda olub. Şirkətin rəsmi nümayəndələri əvəzinə onlarla dispetçerlər əlaqəyə keçir. Bu şəxslər qiymətləri süni yolla azaldaraq çatdırılmanı daha aşağı qiymətə təklif edir. Nəticədə həm şirkət daha az ödəniş edir, həm də dispetçer öz payını götürür.

Bölüşdürülən pul isə sürücülərin zəhmət haqqı olur. Sürücülər qonşu ölkələrdəki həmkarlar ittifaqlarından, oradakı sürücülərə verilən imtiyazlardan köks ötürərək danışır. Azərbaycanda isə onların hüquqlarını müdafiə edəcək heç bir birlik yoxdur. Sürücülər aralarında imza toplayaraq dövlət qurumlarına müraciət hazırlayıb. Dövlətdən istəkləri, vahid portal yaradılması və daşımaların tenderlə həyata keçirilməsidir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanladıq. Məsələ, diqqətdə saxlanılacaq.

Ana səhifəVideoTır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”