Bu gün, dekabrın 24-də Ali Məhkəmədə “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində verilən hökmdən kassasiya şikayətinə baxılıb.
Prosesə hakim İlqar Cəfərov sədrlik edib.
Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunub. Teymur Kərimovun cəzası 2 il müddətinə azaldılıb.
Bundan əvvəl mayın 15-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Teymur Kərimovun cəzası 1 il müddətinə azaldılmışdı.
Teymur Kərimov 2024-cü il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həmçinin onun 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Teymur Kərimovla birlikdə məhkəmə qarşısına çıxarılan, lakin həbsdə olmayan reportyor İstək Totiyevaya isə iki il sınaq müddəti olmaqla, şərti cəza verilib.
Onların hər ikisi Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.