Tərtərdə qumbara partlaşıyı intihar hadisəsi kimi qiymətləndirilib

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, rayonun sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynli yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib.

Source: meydan tv


“Kənd sakini sərxoş vəziyyətdə özünü öldürüb”

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun

Mətbuat xidmətləri

birgə məlumat yayaraq Tərtər rayonunda əl qumbarasının partlaması nəticəsində bir nəfərin ölümü və daha bir nəfərin yaralanmasını intihar hadisəsi kimi qiymətləndiriblər.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, rayonun sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynli yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib.

“İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib. Səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partlatmış, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat etmiş, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib”, – məlumatda deyilir.

Hadisə

avqustun 29-da

, Tərtər rayonunun Təzəkənd yaşayış məntəqəsində baş verib.

Ana səhifəSosialTərtərdə qumbara partlaşıyı intihar hadisəsi kimi qiymətləndirilib