Tərtərdə polisin özünü vurduğu deyilir

Foto: DİN

Bildirilir ki, göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib

Tərtərdə polisin xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı bildirilir.

Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifə ▸ Sosial ▸ Tərtərdə polisin özünü vurduğu deyilir