Rayonda əməliyyat keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyatı Baş prokuror yanında Korruosiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi bildirilir.
Məlumata görə, əməliyyat nəticəsində icra hakimiyyətindən saxlanılanlar olub.
İcra hakimiyyətində əməliyyatın keçirildiyini prokurorluqdan da təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, əməliyyat barədə ictimaiyyətə məlumat veriləcək.