Tereza Mey Brexitin həlli üçün Ceremi Korbinlə görüşəcək

Korbin Baş nazirin “dalana dirənmiş Brexitin həllini tapmaq üçün kompromisə hazır olmasını” xoş qarşılayıb

Source: Meydan TV


Korbin Baş nazirin “dalana dirənmiş Brexitin həllini tapmaq üçün kompromisə hazır olmasını" xoş qarşılayıb

“Britaniyanın bütün millət vəkilləri Brexitin həvalə edilməsi üçün məsuliyyət daşıyır”. Baş nazir Tereza Mey (Theresa May) Ceremi Korbin (Jeremy Corbyn) ilə danışıqlara görə öz millət vəkillərindən gələn tənqidlərə cavab verərkən deyib, – BBC xəbər verir.

Baş nazir deyib ki, ictimaiyyət "bizdən bu məsələyə çıxış yolu tapmağımızı gözləyir".

Korbin Baş nazir Meyin “dalana dirənmiş Brexitin həllini tapmaq üçün kompromisə hazır olmasını" xoş qarşılayıb.

Baş nazirin danışıqlar aparmağa hazır olması bəzi brexitçiləri qəzəbləndirib. Velş naziri Nigel Adams buna görə vəzifəsindən istefa verib..

İstefa məktubunda Adams yazıb ki, hökumət "xalqın səs verdiyi Brexitin" təmin etməmə riskini daşıyır.

Baş nazir həmçinin Şotlandiya və Velşin birinci nazirləri ilə görüşəcək.

Mey Tori millət vəkilləri tərəfindən Əmək Partiyası lideri Korbin ilə planlaşdırılan danışıqlara görə tənqid edilib.

"Nümayəndələr palatasının hər bir üzvü Brexitdə iştirak edir,"- Mey deyib. O, əlavə edib: "Mən Brexiti təhvil vermək istəyirəm. Bunu mümkün qədər tez bir zamanda və qaydasında etmək istəyirəm … Bunu etmək üçün saziş nümayəndələr palatasından keçməlidir". Mey qeyd edib ki, indiyə qədər millət vəkilləri hər bir təklifi rədd ediblər.

Xanım Mey deputatların "bugünə qədər hər təklifi rədd etdiyini" vurğulayıb.

O qeyd edib ki, Brexitlə bağlı bir çox sahə üzrə artıq Korbinlə razılığa gəlib.

Korbin Baş nazirin Brexitin həlli üçün atdığı addımları məmnuniyyətlə qarşıladığını və çərşənbə günü görüşməsini səbirsizliklə gözlədiyini söyləyib.

Ancaq o əlavə edib ki, brexitin kilidlənməsini həll etmək üçün çalışacaq: “Amma bu hökuməti təhlükəli işlərə itələməməlidir, əks halda bu hökumət xalqın gözündə uğursuz olacaq".

Meyin çıxışından sonra məşhur qatı brexitçi Boris Conson (Boris Johnson) Baş naziri Brexiti İşçi Partiyasına həvalə etməkdə qınayıb. Keçmiş Tori lideri Dunkan Smit (Duncan Smith) də Meyin addımını tənqid edib.

Brexit katibi Stefan Barkley (Stephen Barclay) Baş nazirin qərarını dəstəkləməyən sərt brexitçiləri günahlandırıb. O, “BBC Radio 4”-ə müsahibəsində deyib ki, Baş nazirin razılaşmasına alternativ müxalifətdən səs toplamaq lazım idi: "Çünki bizdən 35 nəfər Baş nazirin razılaşmasını dəstəkləməyəcəkdi".

Onun sözlərinə görə, Baş nazirin razılaşmasına millət vəkillərinin səs verməməsinin səbəbi "ya yumşaq Brexitin, ya da ümumiyyətlə, Brexit sayılmayacaq bir Brexitin" təklif olunması olub.

Barkley deyib ki, Avropa Birliyi Britaniyanın çəkiliş razılaşmasını mövcud olan yeganə müqavilə olaraq qəbul edir. Birlik vurğulayıb ki, Əmək Partiyası ayrı-ayrı siyasi bəyannamədə qeyd edildiyi kimi gələcək əlaqələrlə bağlı narahatlıqlarını bildirib.

Bu səbəbdən Mey Korbinlə danışıqlarda əsas diqqəti Brityaniyanın Avropa İttifaqı ilə gələcək münasibətlərinə yönəldiləcək.

Brexit razılaşmasına Böyük Britaniyanın Avropa Birliyinə nə qədər maddi vəsait ödəməli olduğu, keçid dövrünün təfərrüatları və vətəndaşların hüquqları, habelə mübahisəli İrlandiya sərhədi kimi önəmli məsələlər daxildir.

Siyasi bəyannamədə həmçinin Böyük Britaniyanın Avropa Birliyi ilə uzunmüddətli gələcək əlaqələrin Brexitdən sonra necə quracağıyla bağlı təkliflər də yer alır.

Ana səhifəDünyaTereza Mey Brexitin həlli üçün Ceremi Korbinlə görüşəcək