“Telegram”ın bəzi ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilir

Telegram. Foto: lesyeuxde.er/shutterstock

Hətta bəzi şübhəlilərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verəcək məlumatlar təqdim edilib

Pavel Durovun Parisdə həbsindən sonra təsisçisi olduğu “Telegram” messencerinin digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilir.

“Le Figaro” yazır ki, Avropa İttifaqı ölkələrindən biri artıq yüzə yaxın sifarişli qətlin müzakirə edildiyi “Teleqram” qrupunun sorğusuna cavab ala bilib.

Cənubi Koreyadan gələn sorğu da cavab gözləyir.

“Liberation” isə yazır ki, “Telegram” Fransa polis departamentinin yetkinlik yaşına çatmayanlar üçün sorğularına, eləcə də jandarmanın sorğularına cavab verib.

Hətta bəzi şübhəlilərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verəcək məlumatlar təqdim edib.

Söhbət xüsusilə uşaqlara qarşı cinayətlərdən söhbət gedir.

Fransanın Milli Polis Uşaq Departamenti daha öncə messencerdə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin “sürətli və idarəolunmaz” şəkildə yayılması barədə xəbərdar etmişdi.

Bəzi müstəntiqlər və hakimlər hesab edirlər ki, “Telegram” silah, narkotik, insan alveri və sifarişli qətllərin də baş verdiyi “cinayət supermarketinə” çevrilib.

Pavel Durov. Foto: Reuters

“Le Figaro” qeyd edir ki, “Telegram”ın ədalətli şəkildə münasibətlərini normallaşdırmağa hazır olması, bir çox milli və beynəlxalq araşdırmaların irəliləməsinə imkan verməlidir.

Qəzetin yazdığı kimi, yaxın aylarda bu işə Pavel Durovdan başqa başqa adamlar da cəlb oluna bilər.

Pavel Durov 2024-cü il avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb.

O, narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında iştirakda, habelə səlahiyyətli orqanların sorğusu əsasında məlumat verməkdən imtinada ittiham olunub.

Bir neçə gündən sonra o, polisə xəbər vermək öhdəliyi ilə zaminə buraxılıb.

“Politico” yazır ki, Durovla bağlı təhqiqat, Fransa hakimiyyətinin “Telegram” rəhbərliyinin uşaqlara qarşı seksual xarakterli zorakılıqla bağlı sorğusuna cavab verməməsindən sonra başlayıb.

Ana səhifəDünya“Telegram”ın bəzi ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilir