Təhsil Nazirliyindən analoqu olmayan dərslik (yenilənib)

“İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”

Source:


“İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”

Facebook-da 5-ci sinif “Ata Yurdu” dərsliyindəki mətn media və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Dərslikdə yazılıb ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.

Bu cür səhvlər dərsliklərdə ilk dəfə deyil. Mərhum alim Əlövsət Osmanlı dərsliklərlə bağlı “Təhsilimizin “qara ləkələri”” adlı 4 cildlik kitabını da yazıb. Ancaq dərsliklərdə ciddi dəyişiklik olmadı.

Təhsil Nazirliyi dərsliklə bağlı maraqlı açıqlama yaylb. TN bildirilir ki, bu mətn yanlış deyil, əksinə, mətnlə əlaqəsi olmayan cümlə verilməklə şagirdlərin mövzunu qavrama qabiliyyəti inkişaf etdirilir:

“Rus dilində olan ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili dərsliyinin 28-ci səhifəsində “Şirvanşahlar sarayı” haqqında mətn və mətnin içərisində “Metronun İçərişəhər stansiyası Şirvanşahlar sarayının yaxınlığındadır” cümləsi vardır. Səhifə 29-da isə mətnə aid tapşırıqlar yer alıb. 3 nömrəli tapşırıın şərti belədir: “Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi yoxdur. Həmin cümləni tapın və oxuyun. Rus bölməsi üçün nəzərdə tutulan dərslikdə belə tapşırıqların verilməsi şagirdlərin mətni yalnız mexaniki olaraq oxumalarına deyil, həm də oradakı cümlələrin mahiyyətini və mənasını başa düşməsinə, şüurlu oxumasına kömək edir”, – deyə açıqlamada qeyd olunub.

Ana səhifəXəbərlərTəhsil Nazirliyindən analoqu olmayan dərslik (yenilənib)