Təhsil naziri: Tələbələrimizin Çindən çıxarılması məsələsi həllini tapacaq

Ümumilikdə isə Çində təhsil alan azərbaycanlıların sayı 500 nəfərə yaxındır.

Source: google.az


“Bu məsələ ilə bağlı yaxın günlərdə Çin hökumətində iclas olacaq”

Çində təhsil alan tələbələrin Azərbaycana gətirilməsi istiqamətində müzakirələr aparılır. Bu barədə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan səfirliyi ilə daimi əlaqə saxlanılır:

“İlkin məlumat odur ki, həmin bölgələrdə 7 tələbəmiz təhsil alır. Çin hökuməti məsələ ilə bağlı giriş-çıxışda məhdudiyyət tədbiq edib. Bizdə olan məlumat ondan ibarətdir ki, hazırda 50-dən artıq ölkə öz tələbələrini Çindən çıxarmaq üçün müraciət edib".

Ceyhun Bayramov əlavə edib ki, bu məsələ ilə bağlı yaxın günlərdə Çin hökumətində iclas olacaq. Bundan sonra tələbələrin çıxarılması məsələsi həllini tapacaq:

"Biz məsələləri diqqətdə saxlayırıq. Hazırda dövlət xətti ilə 62 tələbəmiz təhsil alır. Ümumilikdə isə Çində təhsil alan azərbaycanlıların sayı 500 nəfərə yaxındır. Azərbaycanda təhsil alan çinli tələbələrlə bağlı isə hansısa problem yoxdur".

Çində təhsil alan azərbaycanlı tələbələrin valideynləri

Meydan TV

-yə müraciət edərək narahatlıqlarını ifadə etmişdilər

Qızı və kürəkəninin Pekində təhsil alan Mingəçevir sakini Şahin Məmmədli demişdi ki, tələbələrin təxliyəsi üçün dövlət qurumları hər hansı konkret addım atmır.

Artıq

Çinin Vuhan şəhəri

ndə yayılmış koronavirusun Pekinə qədər çatdığı haqda məlumatlar var. Hazırda bu virusdan ölənlərin rəsmi sayı 106 nəfərdir.

Ana səhifəSosialTəhsil naziri: Tələbələrimizin Çindən çıxarılması məsələsi həllini tapacaq