İlk tədris günü martın 27-dir
Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə məktəblərdə tətil günlərinin vaxtı uzadılıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata əsasən, matın 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. 20-dən isə Novruz bayramı ilə bağlı ölkədə tətil olduğundan ilk tədris günü martın 27-dədir.
Nazirlər Kabinetinin sərəncamına əsasən, bu müddətdə yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər davam etdiriləcək.