Təcridxana rəhbərliyi Bəşir Süleymanlının müraciətinə cavab vermir

Source:

Siyasi məhbusa deyiblər ki, onun vaxtın çatanda görüşəcək

Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru, siyasi məhbus Bəşir Süleymanlıya hələ də ailə üzvləri ilə görüş verilməyib.

Bəşir Süleymanlının vəkili Fariz Namazlı Meydan TV-yə məlumat verib.

İyunun 19-da SMDT-nin rəhbəri, vicdan məhbusu Anar Məmmədli və Bəşir Süleymanlı ilə görüşdüyünü deyən vəkil onların saxlanma şəraitindən şikayət etmədiklərini bildirdi.

Bəşir Süleymanlının ailə üzvləri ilə görüşə bilməməsi məsələsinə gəlincə Fariz Namazlı bildirdi ki, B.Süleymanlı ailə üzvləri ilə görüşə icazə verilməsi və görüş məsələsinə görə Bakı İstintaq Təcridxanasının rəisi ilə görüşmək üçün təcridxana rəisinə müraciət edib. Amma onun müraciətinə heç bir cavab verilməyib.

Görüş məsələsi ilə bağlı B.Süleymanlı təcridxananın rəhbərliyi ilə bir dəfə danışsa da, ona doğmaları ilə görüş verməkdən imtina edilib. Əsas gətiriblər ki, təcridxanada 2000-nə qədər saxlanılan şəxs var, onların da görüş hüququ var. Bəşir Süleymanlıya deyiblər ki, onun vaxtın çatanda görüşəcək.  Onu da əlavə edək ki, mayın 26-da məhkəmə zalından həbs edilən B.Süleymanlı həbsindən sonra bir dəfə mayın 30-da şüşə arakəsmə vasitəsilə doğmaları ilə görüşə bilib.

Ana səhifəXəbərlərTəcridxana rəhbərliyi Bəşir Süleymanlının müraciətinə cavab vermir