Təbii resurs ölkələri üçün həyəcan təbili

“Qurum hesab edir ki, artıq indidən resurs ölkələrinin yeni neft yataqlarının işlənməsi üçün lisenziyalar verməsinə ehtiyac aradan qalxır və bu prosesi dayandırmaq lazımdır”

Foto: Dünya Bankı


İqtisadçı: “Zaman çox azdır, buna təcili çarə tapılmalıdır”

2021-ci ildə qlobal iqtisadiyyatın 5,6 faizədək genişlənməsi gözlənilir. Bunun son 80 ilin iqtisadiyyatında tənəzzülsonrası müşahidə edilən ən böyük sürət olduğu vurğulanır.

Dünya Bankının iyunun 8-də yaydığı son

hesabat

da belə bildirilir.

Dünya Bankı qeyd edir ki, inkişaf etməkdə olan bir çox iqtisadiyyat COVID-19 pandemiyası dövrü də mübarizəyə davam edib.

Azərbaycanın da daxil olduğu Avropa və Orta Asiya regionuna gəlincə, iqtisadiyyatın bu il və gələn il 3,9 faiz böyüməsi gözlənilir. Bu regionda 23 ölkə var.

Dünya Bankı bildirir ki, bölgə COVID-19-la mübarizə aparmağa davam edir. Vaksinasiyada irəliləyişlər var, ancaq proses bölgə boyunca qeyri-bərabər irəliləyir. Eyni zamanda, 2021-ci ilin əvvəllərindən COVID-19 probleminin yenidən başlanması iqtisadi bərpanı çətinləşdirib. İstehsal axsayıb və əhaliyə göstərilən xidmətlər azalıb.

Dünya Bankı vurğulayır ki, son vaxtlarda valyutaların ucuzlaşması bölgədə qiymətlərin yüksəlişinə səbəb olub:

“Son valyuta ucuzlaşmaları qiymətlər üzərində daha da yüksək təzyiq yaradıb. Mərkəzi Bankların təxminən yarısı inflyasiya ilə mübarizə aparır. Ancaq pandemiya ilə əlaqəli iqtisadi şokun bu il qismən açılacağı gözlənilir”.

Dünya Bankı bildirir ki, bölgənin ən böyük iqtisadiyyatına sahib Rusiyada 2021-ci ildə 3.2 faiz iqtisadi artım gözlənilir. Qərbi Balkanlarda bu rəqəm 4.4 faizə çata bilər.

Bölgənin ikinci böyük iqtisadiyyatı sayılan Türkiyədə isə ixracatın artması ilə 2021-ci ildə böyümənin 5 faizə yüksələcəyi proqnozlaşdırılır. Orta Avropada ticarətin canlanması ilə dəstəklənərək həm 2021, həm də 2022-ci ildə böyümə 4.6 faiz səviyyəsində proqnozlaşdırılır.

Peyvəndləməyə başladığı və bununla yanaşı siyasi qeyri-sabitlik azaldığı üçün Cənubi Qafqazda da iqtisadiyyatın böyüməsi gözlənilir. Böyümənin 2021-ci ildə 3,6, 2022-ci ildə isə 4,2 faiz olacağı proqnozlaşdırılır:

“2021-ci ildə artım ixracın, xammal və materialların qiymətlərindəki bahalaşma hesabına əldə olunacaq”, – sənəddə bildirilir.

Dünya Bankı xəbərdarlıq edir ki, vaksinasiya kampaniyalarındakı fasilə və qeyri-ardıcıllığa görə ümumi proqnoz “qeyri-müəyyən”dir. Əgər pandemiya daha uzun müddətdə davam edərsə, xarici maliyyələşdirmə sərtləşə, siyasət qeyri-müəyyənliyi və geosiyasi gərginlik arta bilər:

“2021-ci ildə COVID-19-a yoluxmaların artması bir çox ölkənin dirçəlişini ləngidib. Bununla yanaşı regionun bir sıra ölkələri hələ də sovet zəmanəsindənqalma planlaşdırma sisteminin təsirindən tam xilas ola bilməyib”.

Hesabatda deyilir ki, söhbət xüsusilə də Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadan gedir.

Regionda ən zəif iqtisadi inkişaf Mərkəzi Avropada müşahidə olunur. Dünya Bankı bu bölgədə 2021-ci il üçün iqtisadi artımı 1.9 faiz civarında proqnozlaşdırır.

Dünya Bankının hesabatında o da bildirilir ki, 2021-ci ildə əsas neft istehsalçıları arasında istehsal azalacaq. Birbaşa xarici investisiyalar artacaq.

Beynəlxalq Energetika Agentliyinin enerji transformasiyası ilə bağlı yeni hesabatında da bildirilir ki, neftə olan tələbat bir də heç vaxt 2019-cu ilin pik həddini aşmayacaq, bundan sonra hər il azalacaq. Nəticədə 2030-cu ilədək neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.

rovsen.jpg
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayevin fikrincə, bu, təbii resurs ölkələri üçün həyəcan təbilidir. Zaman isə çox azdır, buna təcili çarə tapılmalıdır.

Beynəlxalq Energetika Agentliyi bildirir ki, 2030-cu ilədək dünya iqtisadiyyatı 40 faiz böyüyəcək, amma enerji istehlakı 7 faiz azalacaq. Bu, enerjiyə qənaət texnologiyalarının tətbiqi sayəsində mümkün olacaq. "Yaşıl energetika" yaxın 10 ildə 14 mln. yeni iş yeri yaradacaq.

Qurum hesab edir ki, artıq indidən resurs ölkələrinin yeni neft yataqlarının işlənməsi üçün lisenziyalar verməsinə ehtiyac aradan qalxır və bu prosesi dayandırmaq lazımdır. Çünki neftə olan tələbat getdikcə azalacaq.

Rövşən Ağayevə görə hesabatdan anlaşılan odur ki, peşəkar və dürüst siyasi idarəetmə, yüksək biliyə və texnologiyaya əsaslanan iqtisadiyyat qura bilməyən resurs ölkələri yeni texnoloji əsrin "feodal periferiyaları" kimi yaşamağa məhkum qalacaqlar.

Maliyyə naziri

Samir Şərifov

da bir gün öncə, iyunun 8-də Milli Məclisin plenar iclasında bildirmişdi ki, dünya energetikasında inqilabi dəyişikliklər baş verir. Bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır:

“Ölkə iqtisadiyyatı buna hazır olmalıdır”.

Ana səhifəİqtisadiyyatTəbii resurs ölkələri üçün həyəcan təbili