Mənbə: TƏBİB

TƏBİB: Mingəçevir Şəhər Xəstəxanasının həkimləri cəzalandırıldı

Məqalə yeniləndi:  8 İyun 2021

Hər üç həkimin töhmət aldığı bildirilir

Mingəçevir Şəhər Xəstəxanasının həkimləri TƏBİB tərəfindən cəzalandırılıb. Qurumun yaydığı məlumatda qeyd olunur ki, jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov , cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”, - məlumatda qeyd olunub.

Meydan TV-nin redaktoru Aynur Elgünəş arayış almaq üçün müraciət etdiyi xəstəxanada üzləşdiyi neqativ hallarla bağlı müəllif yazısı yazıb. Yazıda göstərilən faktlar sosial şəbəkələrdə qınağa səbəb olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fu581c

Ən çox baxılan