Tbilisidə mitinqdə saxlanılan etnik azərbaycanlı: adamı ölümünə vururdular

Gürcüstanda təkrar seçkilərin keçirilməsi və Avropa ittifaqı ilə danışıqların bərpa edilməsi tələbi ilə keçirilən aksiyalarda Gürcüstan vətəndaşı, etnik azərbaycanlı olan Elvin Kərimov dekabrın 3-də polis tərəfindən saxlanılıb. Daha sonra onun haqqında inzibati qaydada həbs qərarı verilib. O, 8 sutka inzibati həbs cəzası alıb. Həbs müddəti dekabrın 13-də başa çatan Elvini dostları və tanışları təcridxanadan qarşılayıblar.

Elvin saxlanılma anını və ondan sonra baş verənləri belə xatırlayır:

“Birdən qarışıqlıq baş verdi. Bilmirəm, necə oldusa, orda mənim önümdə bir qadın idi ya kişi, yıxıldı. Ona kömək etmək istəyəndə, arxadan tutdular. Elə bildim bizim uşaqlardan biridir. Baxanda gördüm ki, apardılar. Aparandan sonra fiziki təzyiq, təhqir…

Soyadımı soruşanda dedilər ki, “sən tatarisən, get Əliyevə qarşı çıx. Burada nə işin var, burada niyə inqilab edirsən”.

Maşına otuzdurdular, maşının içərisində vurub, döyülmək olmadı, amma təhqir edirdilər ki, sən get heyvanlarınızı otar və yaxud niyə gedib, yerlərinizi belləmirsiniz kimi, bu tipli təhqirlər edirdilər. Başqa-başqa söyüşlər söyürdülər. Belə davam elədi, amma buradakı əməkdaşlar çox yaxşı davranırdılar.

Maskalılar aparanda daha çox fiziki təzyiq oldu. Buna təzyiq yox, zorakılıq deyə bilərik. Qeyri-insani işgəncə… adamı ölümünə vururdular. Üzüm qapqara idi, indi gedib bir az. Üzüm, burnum. Hətta paltarım qan idi. Nə qədər dedim ki, təcili tibbi yardım çağırılsın, amma onlar çağırmadı. Sadəcə içəridə olan həkim baxdı”.

Ana səhifəVideoTbilisidə mitinqdə saxlanılan etnik azərbaycanlı: adamı ölümünə vururdular