Tarif Şurasından pozitiv açıqlama

Faks yu qoverment!

Source:

Bəlli olduğu kimi bu gün Aİ-95 benzin 80 qəpik, Aİ-92 və Aİ-80 benzin 70 qəpik, dizel isə 60 qəpik bahalaşıb. Siqaretlərin qiyməti orta hesabla 10 qəpik artıb. Şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmışdır. Bütün bu qiymət dəyişiklikləri ilə əlaqədar Tarif Şurasından açıqlama gecikmədi:

1. Ölkәdә tıxaclardan şikayәt edәn vәtәndaşlarımız üçün, benzinin qiymәt artımından sonra daha rahat olacaqlarını düşünәrәk bu addımı atmışıq.

2. Bu hәm dә insan sağlamlığı baxımından çox әlverişlidir. Nә qәdәr az maşın, o qәdәr az hava kirliliyi. Bu şәhәrimizin gözәlliyinә dә öz töhfәsini verәcәkdir.

3. Bu artımla vәtәndaşlarımızın qayğısına qalaraq onların bundan sonra daha çox velosiped sürmәsi vә paytaxtımızın analoqu olmayan parklarında piyada gәzmәsini tәmin edirik.

4. Son illər günü-gündən inkişaf edən ölkəmizdə özünə benzin vurub yandıranların sayı durmadna artmaqda davam edirdi. Bu bahalaşmadan sonra onlar bir daha düşünməli olacaqlar. Və ümid edirik ki, bu kimi hallar bir daha olmayacaqdır.

5. Siqaretin qiymәtinin dә qalxması vәtәndaşlarımızın sağlamlığını düşündüyümüz üçündür. Onsuzda son günlәr xanımlar da siqaretә aludә olurdular. Sözsüz ki, bu artım hәm dә bu bәdnam halın qarşısını alacaqdır.

6. Rabitә xidmətlərinin, әlәlxüsus faksın ucuzlaşması vәtәndaşlarımızın texnologiya çağında bu cür nanotexnoloji imkanlara bağlılığını daha da möhkәmlәndirәcәkdir.

7. Vә әn sonda әminik ki, bizim etdiyimiz bu cüzi vә gözәgörünmәz artım dәyişikliyi vәtәndaşlarımızı narahat etmәmiş, sadәcә bir sıra anti-milli ünsürlәrin çörәyinә yağ sartmüşdür. Amma heç narahat olmasınlar, qarşıdurma yaratma istәklәri böhrana uğrayacaqdır, eynәn dünyadaki maliyyә böhranı kimi. İlham Әliyev bizi Heydәr Әliyevin yolundan ayrı salmasın! Amin, ya rәbbәl alәmin!

P.S. Mən bu ironik yazını sayta hazırladığım vaxt, cənab tarlament sədri Oqtay Əsədov xalqı velosipeddən fəal istifadə etməyə çağırıb. Xatırladım ki, indiyə qədər Bakıda sadəcə bulvarda və bir də Şəmkirdə velospied yolunun mövcudluğundan xəbərim var.

Ana səhifəMənim FikrimcəTarif Şurasından pozitiv açıqlama