Taekvondoçu Milad Harçeqani Avropa Oyunlarının qızıl medalını qazanıb

Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib

Source:


Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib

Apasport.az saytının məlumatına görə, taekvondoçumuz finalda rusiyalı Albert Quana qalib gəlib.

80 kq dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub.

Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib. Artıq iki taekvondoçumuz- Ayxan Tağızadə və Mİlad  Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb.

Ana səhifəXəbərlərTaekvondoçu Milad Harçeqani Avropa Oyunlarının qızıl medalını qazanıb